
Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri ən yaxın vaxtlarda baş tutacaq və səfərin tarixi tezliklə açıqlanacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.
“Yaxın vaxtlarda tarixləri elan edəcəyik. Bu səfər hazırlanır. Demək olar ki, hazırlıq artıq başa çatıb, son dəqiqləşdirmələr aparılır. Səfər ən yaxın zamanda baş tutacaq”, - Peskov əlavə edib