Köçəryan Paşinyandan müharibədə ölənlərin siyahısını istədi

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Baş nazir Nikol Paşinyanın 44 günlük müharibədə ölənlərin sayı ilə bağlı müxalifəti ittiham etməsinə cavab verib.

 

Yerli KİV bildirir ki, Köçəryan hökumətin həlak olanların tam siyahısını açıqlamalı olduğunu deyib.

 

“Bu gəncləri döyüşə çağıranda onların ad-soyadları var idi, yoxsa yox? Tabutlar nömrələnmişdi. Ona görə də deyirik: bu insanların qəhrəmanlığına hörmət edin, onların adlarını dərc edin, xatirə kitabı yaradın. Əgər sayda səhv etmişiksə, üzr istəyərik”, – deyə sabiq prezident Vedidə çıxışı zamanı bildirib.

 

O vurğulayıb ki, qəhrəmanlarını hörmətlə anmayan xalqın gələcəkdə qəhrəmanları olmayacaq.

 

Modern.az xatırladır ki, daha əvvəl Paşinyan İrəvanda təşviqat zamanı vətəndaşlardan birinin “təxminən 5 min nəfərin öldüyü” ilə bağlı iradına sərt reaksiya vermişdi.

 

Ermənistan hakimiyyətinin son məlumatına görə, 2020-ci ilin 44 günlük müharibəsində ümumilikdə 3 833 nəfər həlak olub. Onlardan 78-i mülki şəxs, 3755-i isə hərbçi olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.