
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonla mümkün razılaşmanın əldə olunmasında tələsməlidir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, "Truth Social" hesabında yazıb.
"Saat işləyir və onların (İranın - red.) tələsməsi daha yaxşı olardı, əks halda onlardan heç nə qalmayacaq. Vaxt gözləmir", - paylaşımda vurğulanıb.