Məsud Pezeşkian: "Heç bir gücün qarşısında baş əyməyəcəyik"

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bəyan edib ki, rəsmi Tehran münaqişənin həlli məqsədilə ABŞ tərəfinə irəli sürdüyü tələblərdən geri çəkilmək fikrində deyil.

 

Bu barədə İranın "Al Alam" telekanalı məlumat yayıb.

 

"Heç bir gücün qarşısında baş əyməyəcəyik və rahatlıq naminə dövlətimizin ləyaqətini qurban verməyəcəyik. Biz danışıqları şərəflə aparırıq və geri addım atmağa hazırlaşmırıq", - deyə dövlət başçısı qeyd edib.

 

Oxu.az xatırladır ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

 

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

 

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

 

İran ABŞ-ın hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

 

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

 

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

 

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

 

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.