Rusiya Ermənistana qarşı görünməmiş hibrid müharibəyə başlayıb
PUTİNİN BAŞ NAZİR POSTUNA NAMİZƏDİ KİMDİR?

“Rusiya iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistana qarşı görünməmiş hibrid müharibəyə başlayıb”.

 

“Teleqraf” xəbər verir ki, bunu Ermənistanın “Respublika Uğrunda” partiyasının sədr müavini Ruben Mehrabyan deyib.

 

“Ermənistandakı boşboğazlar və çirkli ağızların mənbəyi Putindir. Onlar Ermənistanı Belarusa çevirmək istəyirlər ki, sonra gedib Rusiyada eşşək kimi işləsinlər. Putinin dəstəsi Ermənistanı yerlə-yeksan etmək istəyir”, - siyasətçi iddia edib.

 

Mehrabyanın sözlərinə görə, seçkilərə ayrı-ayrılıqda qatılan Samvel Karapetyan, Qaqik Tsarukyan və Robert Köçəryan birləşmək üçün Kremldən təlimat gözləyirlər: “Radikal müxalifət lazımi anda birləşəcək. Bir təlimatla birləşib, Ermənistanı Belarusa çevirmək üçün Köçəryanı irəli aparacaqlar. Biz mafiya ilə mübarizə aparırıq”.

 

Siyasətçinin fikrincə, Robert Köçəryan işlədiyi cinayət əməllərinə görə həbs olunmalıdır: “Köçəryan zolaqlı köynəkdə islah-əmək düşərgəsində olmalıdır. Köçəryan Ermənistan üçün zəhərdir”.

 

Mehrabyan bunun belə, rusiyapərəst radikal qüvvələrin seçkilərdə məğlub olacağını proqnozlaşdırır: “Putin iyunun 8-də ağzında məğlubiyyətin acı dadı ilə oyanmalıdır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.