
İngiltərənin “Aston Villa” klubu UEFA Avropa Liqasının qalibi olub.
Senzor.az bildirir ki, Unay Emerinin başçılıq etdiyi komanda turnirin finalında Almaniyanın “Frayburq” klubuna 3:0 hesabı ilə qalib gəlib.
İstanbuldakı “Beşiktaş Park” stadionunda keçirilən və fransalı hakim Fransua Leteksyenin idarə etdiyi gərgin oyunda qolları Yuri Tilemans (41), Emiliano Buendiya (45+3) və Morqan Rocers (58) vurublar.
***
***
Bununla da “Aston-Villa” tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi olub. Birminhem təmsiliçisi son dəfə Avropa səhnəsində 44 il öncə – 1982-ci ildə UEFA Çempionlar Kubokunun (indiki Çempionlar Liqası – red.) çempionu olmuşdu.
Emeri isə baş məşqçi kimi 5-ci dəfə Avropa Liqasında çempionluq sevinci yaşayıb. Belə ki, ispaniyalı mütəxəssis daha əvvəl 3 dəfə ölkəsinin “Sevilya”, 1 dəfə isə “Vilyarreal” klubu ilə titula sahib çıxıb.
**11:36 (20.05.2026)

Bu gün UEFA Avropa Liqasının qalibi bəlli olacaq.
Senzor.az bildirir ki, final matçında Almaniyanın "Frayburq" komandası İngiltərənin "Aston Villa" kollektivi ilə qarşılaşacaq.
Görüş İstanbuldakı "Beşiktaş Park" stadionunda Bakı vaxı ilə saat 23:00-da başlayacaq.
Matçı Fransadan olan referi Fransua Leteksye idarə edəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin “Tottenhem” klubu olub.