Paşinyan Ermənistandakı separatçılara əsəbiləşdi: HAMINIZIN KÖKÜNÜ KƏSƏCƏYƏM!
VİDEO

Ermənistanda seçkiqabağı təşviqat prosesi maraqlı tərzdə davam edir. Xüsusən Baş nazir Nikol Paşinyanın seçicilərlə görüşləri diqqətçəkən görüntülərə səhnə olur.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, növbəti belə məqam İrəvanın Ərabkir rayonunda yaşanıb.

Görüş zamanı Paşinyana yaxınlaşan qadın ondan müharibə zamanı itkin düşən qardaşı barədə soruşaraq Baş nazirin ünvanına ittihamlar səsləndirib. Paşinyanın qəzəbindən öz payını alan qadından sonra Artur Osipyan adlı əvvəllər Qarabağda yaşamış erməni "siyasətçi" ortalığa atılıb. Bundan sonra Paşinyan özündən çıxaraq Qarabağla bağlı fikirlər səsləndirənlərə sərt sözlər ünvanlayıb: "Ay qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var? Qarabağın yalançı elitasısınız, rədd olun buradan! Siz kimsiniz axı?! Başınızı vurun divara, gedib övladlarınızın yerinə siz həlak olardınız".

 

Qəzəbi soyumayan Nikol Paşinyan ətrafda Osipyanla eyni fikri paylaşan insanları "talançı heyvanlar" adlandırıb: "Kim sizi qoruyur, saxlayır, ay şərəfsizlər! Yalançı elitadan heç kim "Qarabağ məsələsi" deməsin. İndi Ermənistanda Qarabağın "məclisi" var, "hökuməti" var, hamısını kökündən təmizləyəcəyəm!"







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.