Ermənistanda daha bir baş nazirliyə namizəd RUSİYA VƏTƏNDAŞI ÇIXDI

“İndi Narek Karapetyanın Rusiya vətəndaşı olduğu təsdiqlənsə, nə baş verəcək, “Güclü Ermənistan” Partiyasının seçki siyahısına Robert Köçəryanın vəkili Aram Vardevanyan rəhbərlik edəcək?”.

 

“Teleqraf” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İstintaq Komitəsinin dərc etdiyi hesabatı şərh edərkən deyib.

 

Həmin hesabata əsasən, rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyasının iyunun 7-də keçiriləcək parlament seçkilərində bir nömrəli namizədi Narek Karapetyanın başqa ölkənin vətəndaşlığına malik olması barədə məlumat əsasında cinayət işi başlanıb.

 

Məlumata görə, Rusiya Hüquqi Şəxslərin Dövlət Reyestrində Narek Karapetyanın adı “Rusiya Federasiyasının vətəndaşı” kimi göstərilir. Müvafiq qurumdan rəsmi çıxarışda Karapetyanın 2,5 faizlik payla iştirakçı kimi qeydiyyatdan keçdiyi “Mospromekspluatsiya” MMC-dən bəhs olunur.

 

Sənədə əsasən, məlumatlar 18 avqust 2020-ci il tarixində Hüquqi Şəxslərin Dövlət Reyestrinə daxil edilib. Eyni bölmədə onun Rusiya vergi nömrəsi və vətəndaşlığı da qeyd olunub.

 

Xatırladaq ki, Samvel Karapetyan da Ermənistanla yanaşı, Kipr və Rusiya vətəndaşlığına malikdir. Ermənistan qanunlarına görə, xarici ölkənin vətəndaşları seçkilərdə baş nazirliyə və deputatlığa namizəd ola bilməzlər. Samvel Karapetyan xarici ölkə vətəndaşı olduğu üçün Narek Karapetyanın baş nazirliyə namizədliyi irəli sürülmüşdü. Narek Karapetyan partiyanı seçkilərdə qələbəyə aparacağı və baş nazir olacağı təqdirdə qanunlarda müvafiq dəyişikliklərlə gələcəkdə hökumət başçısı postunu əmisi Samvel Karapetyana ötürməli idi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.