
İrlandiya Prezidentinin bacısı, doktor Marqaret Konnolli "Sumud" gəmisində saxlanılıb və hazırda İsrailə aparılır.
Bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Nəşrin məlumatına əsasən, doktor Konnolli Qəzzaya doğru hərəkət edən və Kipr sahilləri yaxınlığında İsrail tərəfindən ələ keçirilən "Sumud" humanitar gəmisinin göyərtəsində olan ən azı altı İrlandiya vətəndaşından biridir.
"Reuters" agentliyinin məlumatına görə, mayın 18-də İsrail qüvvələri beynəlxalq sularda ən azı 28 qayığı saxlayıb. "Sumud" təşkilatı isə ələ keçirilən gəmilərlə əlaqənin tamamilə kəsildiyini bəyan edib. İsrailin Xarici İşlər Nazirliyi bu gəmilərin hərəkətini təxribat adlandırıb və onların göyərtəsində heç bir humanitar yardım yükünün olmadığını vurğulayıb.(Oxu.az)