
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyaya səfər edib.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, İbrahim Kalın Dəməşqdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüş keçirib.
Görüş zamanı regionda baş verən son hadisələr, təhlükəsizlik məsələləri, eləcə də Türkiyə ilə Suriya arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi müzakirə olunub.
Görüşdə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani və Baş Kəşfiyyat İdarəsinin rəisi Hüseyn Səlameh də iştirak ediblər.
