Tramp İranla bağlı narazılıqlara baxmayaraq
G7 SAMMİTİNƏ QATILACAQ

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp iyun ayında Fransanın ev sahibliyi edəcəyi "Böyük yeddilik" (G7) ölkə rəhbərlərinin görüşünə qatılacaq.

 

Bu haqda "Axios" nəşrinə mənbəyi gizli saxlanılan Ağ Ev nümayəndəsi açıqlama verib.

 

Məlumata əsasən, Tramp tədbir çərçivəsində ticarət əlaqələri, süni intellekt texnologiyaları və cinayətkarlıqla mübarizə məsələlərinə dair mövzuların müzakirəsində yer alacaq.

 

Adətən ABŞ dövlət başçıları hər il keçirilən bu cür görüşlərə qatılırlar. Lakin Trampın İrandakı hərbi əməliyyatlara dəstək verməyən Böyük Britaniya, Almaniya, Fransa və İtaliya kimi "Böyük yeddilik" dövlətlərindən narazı olduğu üçün budəfəki iştirakı sual altında idi.

 

Ağ Ev rəsmisi qeyd edib ki, G7 sammiti çərçivəsində rəsmi sənədlərin imzalanması gözlənilmir. Bunun əvəzinə tərəflər gələcəkdə əldə ediləcək müqavilələrin əsaslarını formalaşdırmaq üçün ortaq məxrəcə gəlməyə cəhd edəcəklər.

 

Bildirilir ki, İran ətrafında yaranan münaqişə Vaşinqtonla G7 ölkələri və digər mühüm tərəfdaşları arasındakı əlaqələrə mənfi təsir göstərməkdədir. Nəşr vurğulayır ki, iyunun ortalarına qədər hər hansı bir razılıq əldə edilsə də, münasibətlərdəki gərginlik tam olaraq aradan qalxmayacaq.

 

Oxu.az xatırladır ki, liderlərin toplantısı 15-17 iyun günlərində Fransanın cənub-şərq regionunda yerləşən Evian-le Ba şəhərində baş tutacaq. Gündəlikdə İranla bağlı vəziyyətin yer aldığı bildirilsə də, ABŞ rəhbərinin daha çox iqtisadi və biznes mövzularına diqqət ayırmaq niyyətində olduğu deyilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.