
Malatyada 5,6 bal gücündə zəlzələ baş verib.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ Battalqazi rayonunda qeydə alınıb, amma Elazığ, Adıyaman və Kahramanmaraşda da hiss olunduğu bildirilir.
Dağıntı və ya tələfatla bağlı məlumat verilməyib.