
Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putin barədə sonda Ukraynadakı müharibədən peşman olacağını deməyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Syakun brifinqdə deyib.
Diplomat məsələ ilə bağlı suala cavab olaraq vurğulayıb ki, “təqdim olunan məlumat faktlarla ziddiyyət təşkil edir, tamamilə uydurmadır”.
Xatırladaq ki, bundan əvvəl “Financial Times” mənbələrinə istinadla Si Cinpinin Pekində ABŞ Prezidenti Donald Trampla görüşündə Vladimir Putinin Ukraynada müharibəyə başlamaq qərarından sonda peşman ola biləcəyini söylədiyini yazmışdı.