
Belarus təcavüzə məruz qalmadığı təqdirdə, Ukrayna ilə müharibəyə qoşulmaq niyyətində deyil.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskinin bu mövzu ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
“Onun Belarusun yalnız bir halda — ərazimizə təcavüz ediləcəyi təqdirdə — münaqişəyə cəlb olunacağı ilə bağlı açıqlamalarına gəldikdə isə bizim Ukraynadakı müharibəyə qoşulmaq niyyətimiz yoxdur. Buna heç bir ehtiyac da yoxdur — nə mülki, nə də hərbi baxımdan. Əgər Volodimir Zelenski bu barədə danışmaq, məsləhət almaq və ya hər hansı məsələni müzakirə etmək istəyirsə, buyursun, biz buna açığıq. Mən onunla istənilən yerdə — Ukraynada və ya Belarusda — görüşməyə və Belarus–Ukrayna münasibətlərini müzakirə etməyə hazıram. Hətta perspektivlər barədə də danışa bilərik”, - deyə Lukaşenko bildirib.