PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi oldu
YENİLƏNİB, VİDEO/FOTO


Futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final oyunu keçirilib.

 

Senzor.az bildirir ki, həlledici görüşdə Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları üz-üzə gəlib.

 

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da təşkil olunan qarşılaşmanı əsas vaxtı heç-heçə ilə başa çatıb - 1:1.

 

Hesabı 6-cı dəqiqədə London təmsilçisinin hücumçusu Kay Haverts açıb. Paris klubu 65-ci dəqiqədə Usman Dembelenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib.

 

Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə 30 dəqiqə oynanılıb. Əlavə vaxtda da tarazlıq pozulmadığı üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq (4:3) oynayan PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.


**11:17


Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final oyunu keçiriləcək.

 

Senzor.az bildirir ki, həlledici görüşdə Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları üz-üzə gələcəklər.

 

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək.

 

Qeyd edək ki, yarımfinalda PSJ Almaniyanın “Bavariya” klubunu, “Arsenal” isə İspaniyanın “Atletiko Madrid” komandasını mübarizədən kənarlaşdırıb. 

 

Paris klubu turnirin son qalibidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.