Türkiyə İsraillə münasibətlərin normallaşması üçün
ŞƏRTLƏRİNİ AÇIQLADI

Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması Fələstin probleminin iki dövlət prinsipi əsasında həllindən və Qəzza zolağındakı humanitar böhranın aradan qaldırılmasından asılıdır.

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.

 

Fidan xatırladıb ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər 1949-cu ildə qurulub və Qəzza böhranına qədər iki ölkə arasında illik ticarət dövriyyəsi 10 milyard ABŞ dollarına çatırdı.

 

Nazirin sözlərinə görə, “İsrail fələstinlilərin öldürülməsini dayandırmalı və Qəzza sakinlərinin ərzaq, sığınacaq, dərman və su kimi əsas ehtiyac vasitələrinə çıxışına mane olmamalıdır. Əgər bu şərtlər yerinə yetirilərsə, normal həyata və İsraillə əməkdaşlığa qayıda bilərik. Bununla bağlı heç bir problem olmayacaq. Biz iki dövlətli həllə nail olmaq istəyirik”, – deyə Fidan vurğulayıb.

 

Qeyd edək ki, Türkiyə 2024-cü ilin mayından etibarən İsraillə bütün ticarət əlaqələrini dayandırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.