
Suriya Prezidenti Əhməd Əl Şaraa ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.
SANA-nın xəbərinə görə, Şaraa ölkənin bərpası mərhələsində Suriyaya beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb və qalan sanksiyaların ləğvinin iqtisadiyyatın canlanması, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün əsas şərt olduğunu bəyan edib.
Onun sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması həmçinin investisiyaların cəlb edilməsinə, infrastruktur və iqtisadi layihələrin başladılmasına kömək edəcək.
Tramp isə, öz növbəsində, ölkənin sabitləşdirilməsi və bərpası üzrə səylərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Tərəflər, həmçinin Yaxın Şərqdə təhlükəsizlik sahəsindəki vəziyyəti müzakirə edib və əlaqələri davam etdirmək barədə razılığa gəliblər.