Tramp Netanyahuya niyə “lənətə gəlmiş dəli” deyib? – “MƏN OLMASAYDIM, İSRAİL ARTIQ YOX İDİ”
VİDEO

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata başlamaqla İsraili potensial məhvdən xilas etdiyini bildirib.

 

Senzor.az bildirir ki, Donald Tramp bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb. 

 

“Mən olmasaydım, İsrail artıq yox idi”, - deyə Birləşmiş Ştatların dövlət başçısı vurğulayıb.

 

Yeri gəlmişkən, ABŞ Prezidenti müsahibəsində İsrailin Baş naziri Binyamin Netanyahu ilə sonuncu telefon danışığı zamanı ədəbsiz ifadələr işlətdiyini və onu “lənətə gəlmiş dəli” adlandırdığını təsdiqləyib.

 

Donald Tramp bunun səbəbindən danışarkən Binyamin Netanyahunun Livanla davam edən düşmənçiliyindən bir az narahat olduğunu deyib. Buna baxmayaraq, o, İsrailin Baş naziri ilə məhsuldar əməkdaşlığı davam etdirdiyini və ona qarşı hələ də xoş hisslər bəslədiyini vurğulayıb.

 

Xatırladaq ki, bir müddət öncə “Axios” portalı mənbələrinə istinadla məlumat yaymışdı ki, Birləşmiş Ştatların dövlət başçısı Binyamin Netanyahu ilə telefon danışığı zamanı İsrailin Livandakı hərəkətlərini tənqid edərək ona qarşı ədəbsiz ifadələr işlədib və bunun İranla danışıqları təhlükəyə atdığını bildirib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.