Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

İyunun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.

 

Senzor.az Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, görüş zamanı səfir Norman etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. 

 

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 

Görüş zamanı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, enerji, ticarət, investisiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.

 

Bununla yanaşı, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, yüksək səviyyəli qarşılıqlı təmasların və iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, postmünaqişə dövründə yaranmış reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

 

Səfir Dankan Norman Azərbaycanda fəaliyyətə başlamaqdan məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.