
NATO daxilində Ukraynanın alyansa üzvlüyü məsələsində hazırda yekdil mövqe yoxdur.
Senzor.az bildirir ki, bunu NATO-nun baş katibi Mark Rütte Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
“Praktik tərəfi ondan ibarətdir ki, hazırda bu məsələyə yekdil dəstək yoxdur”, - deyə Rütte etiraf edib.