Üç min amerikalı könüllü Rusiyanın işğalına qarşı müqavimət göstərəcək beynəlxalq batalyona qoşulmaq barədə Ukraynanın çağırışına cavab verib.
Senzor.az bildirir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Amerikalı könüllülər arasında 20 illik təcrübəyə malik veteranların olduğu da bildirilir.
Qeyd edək ki, Ukraynadakı beynəlxalq batalyona digər ölkələrin vətəndaşları da qoşulurlar.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünyanın 16 ölkəsindən könüllülərin artıq Ukraynaya gəldiyini bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, Ukrayna artıq ən azı 86 dövlət və 15 beynəlxalq təşkilatın daxil olduğu beynəlxalq anti-müharibə koalisiyasını səfərbər edib.