Prezidenti Cozef Aun İrana xəbərdarlıq etdi: “LİVAN SİZİN ÖLKƏNİZ DEYİL”
VİDEO

Livan Prezidenti Cozef Aun İranın ünvanına kəskin tənqidlər səsləndirərək, rəsmi Tehranı ABŞ ilə aparılan danışıqlarda Livandan bir alət və “sövdələşmə vasitəsi” kimi istifadə etməkdə günahlandırıb.

 

Senzor.az biıdirir ki, bu barədə o, ABŞ-ın CNN telekanalına müsahibəsində danışıb.

 

Prezident Cozef Aun kəskin şəkildə bəyan edib ki, Livanın daxili işlərinə xarici müdaxilə qəbuledilməzdir: “Bu, sizin ölkəniz deyil, bizim ölkəmizdir və bizim məsuliyyətimizdir. Bizim ölkəmizin daxili işlərinə qarışmaq sizin işiniz deyil”.

 

Dövlət başçısı Livan vətəndaşlarının İranın regional maraqlarının bədəlini ödəmək məcburiyyətində qaldığını diqqətə çatdırıb. O, Tehran və Vaşinqton arasındakı münasibətlərin Livanın suverenliyinə zərər vurduğunu iddia edib.

 

Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən “Hizbullah” hərəkatına da ciddi xəbərdarlıq ismarışı göndərib.

 

O, İsrail və “Hizbullah” arasında davam edən silahlı qarşıdurmadan narazılığını ifadə edərək qruplaşmanı diplomatiyaya çağırıb: “Onlar başa düşməlidirlər ki, oturub danışmaqdan başqa yol yoxdur. Bu problemi həll etməyin yeganə yolu danışıqlar və diplomatiyadır”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.