
Bakının Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində kütləvi dava olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Senzor.az bildirir ki, hadisənin ötən gün baş verdiyi deyilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub.
Müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.
Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.
**
Hadisə iştirakçılarından 7 nəfər saxlanılıb. Fakt üzrə Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.