Sаmvel Karapetyan seçkilərin ikinci turunun keçirilməsini tələb edir

"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan Ermənistanda parlament seçkilərinin ikinci turunun təşkil edilməsinə çağırıb.

 

Bu barədə Ermənistan mediası məlumat yayıb.

 

Karapetyanın sözlərinə görə, onun partiyası Mərkəzi Seçki Komissiyasına müraciət edib, daha sonra isə seçki nəticələrinin ləğv edilməsi və ikinci turun təyin edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək.

 

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını birinci dərəcəli vəzifə hesab etdiyini bildirib. Karapetyanın sözlərinə görə, buna "ya parlament vasitəsilə, ya da küçə mübarizəsi yolu ilə" nail olmaq olar.


Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Tsrukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.

 

Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.