Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

 

Görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı məmnunluqla qeyd olunub.

 

Bakıda Şimali Kipr Mədəniyyət Gününün keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bu təşəbbüsün reallaşdırılması son illərdə mədəni-humanitar sahədə artan qarşılıqlı əlaqələrin məntiqi davamı kimi qiymətləndirilib.

 

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, Şimali Kiprin müşahidəçi statusunda təşkilatın fəaliyyətində fəal iştirakı vurğulanıb.

 

Tərəflər Azərbaycan ilə Şimali Kipr arasında müxtəlif sahələr üzrə əlaqələrin gələcək inkişaf imkanlarını müzakirə ediblər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.