Dünya çempionatı: İran millisi ABŞ-da Yeni Zelandiya ilə heç-heçə oynadı - VİDEO

ABŞ-ın Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində İran və Yeni Zelandiya milliləri qarşılaşıblar.

 

Senzor.az bildirir ki, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Oyunda hesabı 7-ci dəqiqədə Yeni Zelandiya yığmasının üzvü İlayca Cast açıb. İran millisi 32-ci dəqiqədə Ramin Rezayanın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib.

 

İkinci hissədə İlayca Cast 55-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq Yeni Zelandiyanı yenidən hesabda irəli çıxarıb. Lakin İran yığması 64-cü dəqiqədə Məhəmməd Mohebinin qolu sayəsində məğlubiyyətdən xilas olub.

Oyunda hesabı 7-ci dəqiqədə Yeni Zelandiya yığmasının üzvü İlayca Cast açıb. İran millisi 32-ci dəqiqədə Ramin Rezayanın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib.

 

İkinci hissədə İlayca Cast 55-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq Yeni Zelandiyanı yenidən hesabda irəli çıxarıb. Lakin İran yığması 64-cü dəqiqədə Məhəmməd Muhibbinin qolu sayəsində məğlubiyyətdən xilas olub.



Bu nəticədən sonra İran və Yeni Zelandiya millilərinin hərəsinin aktivində bir xal var. Komandalar G qrupunda müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıblar.


İran millisinin baş məşqçisi Əmir Qalenoy matçdan sonra bildirib ki, oyun gözəl keçib, ancaq  nəticədən razı deyil: "Çox gözəl görüş alındı. Məncə, ilk turun ən yaxşı matçı idi. Oyundan razı olsam da, nəticədən razı deyiləm. Qapımıza iki top gəldi, hər ikisi qolla nəticələndi. Bizim isə çox qol imkanlarımız oldu. Amma yararlana bilmədik. ABŞ-a daha tez gəlməli idik. Amma təəssüf ki, buna imkan vermədilər. Hələ tam uyğunlaşmamışıq. Artıq bir az dincəlməli və bərpa olunmalıyıq. Bu matçı təhlil edəcəyik və zəif cəhətlərimizin üzərində işləyəcəyik".


Qrupun digər oyununda Belçika və Misir milliləri 1:1 hesablı heç-heçə ediblər.



İkinci turda İran millisi iyunun 21-də Belçika ilə qarşılaşacaq. Yeni Zelandiya isə iyunun 22-nə keçən gecə Misirlə üz-üzə gələcək.

 

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.