
Rusiya Prezidenti Vladimir Putin sabah Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək.
Senzor.az Rusiya mediasına istinadən bildirir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
Qeyd edək ki, Hakan Fidan Rusiyaya işgüzar səfərə gedib. Türkiyə XİN başçısı bu gün rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.