Paşinyanı təbrik etmədiyinə görə…
İRƏVANDAN PUTİNƏ TƏŞƏKKÜR MESAJI

“Rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi qüvvənin parlamentə daxil olması bir şeyi göstərir: Kreml ilk dəfə Ermənistan parlamentinə daxil oldu”.

 

“Teleqraf” xəbər verir ki, bunu Ermənistanın “Xristian-Demokrat” partiyasının sədri Levon Şirinyan deyib.

 

Siyasətçi qeyd edib ki, oliqarxın rəhbərlik etdiyi blokun adı “Güclü Ermənistan” olsa da, seçkilərin nəticələri onların heç də güclü olmadığını sübut edib: “Ruslar öz əlaltılarını ermənilərə qarşı istifadə edir, sonda isə onları fiziki cəhətdən məhv edirlər. İstifadə edib kənara atırlar, alçaldırlar. Rusiyanın onları güllələməyəcəyinə zəmanətləri varmı? Kölələri həmişə axırda qurban verirlər”.

 

Şirinyan bildirib ki, bu adamlar ağızlarından köpük gələ-gələ Ermənistan və Azərbaycan arasında sülh prosesinə qarşı mübarizə aparırlar: “KQB agentləri və Rusiyapərəst qüvvələr Ermənistanı Moskva üçün “xilas etmək” istəyirlər. Səfir Sergey Kopırkinin kimin evinə getdiyinə diqqət etmək lazımdır. Bunlar Ermənistanı daimi sarsıntılar içində saxlamaq istəyirlər. Bu gün Ermənistanda mafiya inqilabdan danışır, halbuki başqa ölkələrdə mafiyaya qarşı mübarizə aparılır”.

 

Partiya sədri təkcə radikal müxalif liderlərinə qarşı Ermənistandan çıxış qadağasının tətbiqini düzgün hesab etmir, həm də onların həbs edilməli olduğunu vurğulayıb: “Robert Köçəryana təkcə ölkədən çıxış qadağası qoyulmamalıdır, hətta ölkə daxilində də hərəkət edə bilməməlidir. Bunlar qaçmaq istəyirlər. Hüququn çəkici işləməlidir. Hara getsələr, yaxalarından tutub geri qaytaracaqlar”.

 

Rusiyanın Prezidenti Vladimir Putinin indiyədək Ermənistan Baş naziri Nikol Paşinyana təbrik məktubu göndərməməsinə gəlincə, Levon Şirinyan əlavə edib: “Putin seçkilərin nəticələrindən narazıdır. Çünki Ermənistanda hakimiyyəti ələ keçirmək, Paşinyanı devirmək istəyirdi, amma bacarmadı. Təbrik etmədiyinə görə Putinə təşəkkür edirəm. Çünki bu, bizə şərəf gətirən bir şey deyil”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.