Putin Türkiyənin xarici işlər naziri Fidanla görüşdü
VİDEO

Rusiya Prezidenti Vladimir Putin Rusiya–ASEAN sammiti çərçivəsində xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə bu ölkədə iki günlük səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş Q. Kamal adına Tatarıstan Dövlət Akademik Teatrında baş tutub. Daha əvvəl həmin məkanda Rusiya–ASEAN sammitinin iştirakçısı olan nümayəndə heyətləri rəhbərlərinin rəsmi qarşılanma mərasimi keçirilib.

 

Söhbət zamanı Putin Rusiya ilə Türkiyə arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini və dostluq xarakteri aldığını qeyd edib.

 

"Ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir və biz buna çox şadıq. Əlaqələrimiz çoxdan təmiz formal xarakter daşımaqdan çıxıb, onlar, həqiqətən, belə bir dostluq xarakteri daşıyır", - deyən Rusiya Prezidenti vurğulayıb ki, bu, böyük dərəcədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi ilə bağlıdır.

 

Putin həmçinin Türkiyə liderinə salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

 

Öz növbəsində, H. Fidan Türkiyə Prezidentinin salamlarını Putinə çatdırıb və beynəlxalq gündəliyin zənginliyini qeyd edib.

 

"Müzakirə etməli olduğumuz çoxlu məsələlər var", - Türkiyənin xarici işlər naziri bildirib.

 



 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.