"Axios" İsveçrədə keçirilən ABŞ-İran danışıqları haqda - TƏFƏRRÜATLAR
VİDEO

ABŞ-ın "Axios" portalının müxbiri Barak Ravid mənbəyə istinadən İsveçrənin Bürgenstok şəhərində ABŞ və İran arasında keçirilmiş danışıqların detallarını açıqlayıb.

 

Jurnalistin yazdığına görə, danışıqların mövzuları arasında Livanda atəşkəs rejiminə əməl olunmasının təmin edilməsi və Hörmüz boğazında gəmiçilik məsələsi də olub.

 

"Amerikalı diplomat bildirib ki, gün ərzində diqqət mərkəzində olan mövzulardan biri "Livanda münaqişənin nizamlanması mexanizmi və atəşkəsə əməl olunmasının təmin edilməsi" olub... ABŞ, İran və vasitəçilər həmçinin Hörmüz boğazını və onun bağlanması ilə bağlı son İran bəyanatlarını da müzakirə ediblər", - jurnalist bildirib.

 

"Biz bu istiqamətdə yaxşı irəliləyiş əldə etdik", - Ravid diplomatın sözlərini sitat gətirib.

 

Digər məsələlərlə yanaşı, Vaşinqton və Tehran arasındakı "nüvə sazişinin bütün elementləri" də müzakirə edilib.

 

"Görünür, hər dörd tərəf (görüşdə Pakistan və Qətər nümayəndələri iştirak edirdilər - red.) bugünkü danışıqların necə keçdiyindən razıdır", - jurnalist amerikalı diplomatdan daha bir sitat gətirib.

 

O əlavə edib ki, siyasi səviyyədə danışıqlar bazar ertəsi başa çatacaq, texniki qrupların isə İsveçrədə qalacağı və müzakirələri davam etdirəcəyi gözlənilir.

 

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb. "Tasnim" agentliyinin məlumatına görə, bundan sonra İran heyəti danışıqlar məkanını tərk edib.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.