DÇ-2026: Belçika-İran oyununda hesab açılmadı - MİSİR İSƏ 92 İL SONRA MUNDİALDA İLK QƏLƏBƏSİNİ QAZANDI
VİDEO/FOTO

Futbol üzrə dünya çempionatında Belçika İranla qarşılaşıb.

 

Senzor.az bildirir ki, Los-Anceles stadionunda keçirilən G qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.

 

Avropalılar qarşılaşmanı 10 nəfərlə başa vurublar. Belə ki, qarşılaşmanı idarə edən argentinalı FIFA referisi Dario Errera Natan Nqoyu 66-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovub.

 

G qrupunun II turunun "BC Place" stadionunda keçirilən digər matçında isə Misir və Yeni Zelandiya milliləri üz-üzə gəliblər.

 

Oyun Misirin 3:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xalı qazanıblar.



Yeri gəlmişkən, bu, Misir seçməsinin mundiallarda ilk qələbəsi kimi tarixə düşüb. Komanda ilk dəfə 1934-cü il dünya çempionatında iştirak edib və həmin vaxtdan bu yana heç vaxt qələbəsi olmayıb.

 

Beləliklə, hazırda Misir 4 xalla G qrupuna başçılıq edir. 

Üçüncü turda Misir İranla, Yeni Zelandiya isə Belçika ilə qarşılaşacaq. Hər iki oyun 27 iyunda, Bakı vaxtı ilə saat 7:00-da başlayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.