
Türkiyənin paytaxtı Ankarada NATO Zirvəsi ərəfəsində terrorla mübarizə əməliyyatları çərçivəsində 209 nəfər saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ümumilikdə 241 nəfər barəsində saxlanılma qərarı çıxarılıb, onlardan 209-u həbs edilib.
Qeyd olunub ki, sözügedən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.