İrandan Azərbaycana 41 kq narkotikin keçirilməsinin qarşısı alınıb - PUA ZƏRƏRSİZLƏŞDİRİLİB

İrandan Azərbaycana 41 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

 

Qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

Belə ki, DSX-nın Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 478 qram narkotik vasitə marixuana, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 24 kiloqram 90 qram narkotik vasitə marixuana aşkarlanıb.

 

"Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində isə dövlət sərhədini pozaraq narkotik vasitə keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

 

Hadisə yerinə baxış zamanı 10 kiloqram 600 qram narkotik vasitə (10 kiloqram 550 qram marixuana və 50 qram tiryək) aşkar olunaraq götürülüb.

 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.