İsrailin müdafiə naziri:
ABŞ İSTƏSƏ BELƏ, LİVANDAN ÇIXMAYACAĞIQ

Vaşinqton İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını tələb etməyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, buni ölkənin müdafiə naziri İsrael Kats deyib.

 

"Biz heç bir halda qoşunları çıxarmayacağımızı bəyan etdik və ABŞ da İsraildən ordunu Livandan çıxarmasını tələb etmir. Bu da diplomatik nailiyyətdir", - nazir deyib.

 

Kats əlavə edib ki, bu mövqeyi Pentaqonun rəhbəri Pit Heqsetə çatdırıb. "Biz şimal sakinlərini qorumaq üçün buradayıq", - o qeyd edib.

 

Müdafiə nazirinin sözlərinə görə, 200 min livanlının hazırda İsrail Müdafiə Ordusunun nəzarətində olan rayonlara qayıtmasına imkan verilməyəcək. "Orada dinc əhali olanda, həm əldəqayırma partlayıcı qurğular, həm də əsgərlərə hücumlar var idi. Biz geri çəkilmirik", - o bildirib.

 

Qeyd edək ki, ABŞ və İran arasında Anlaşma memorandumunun şərtlərindən biri Livana hücumların dayandırılması, daimi atəşkəsə nail olunmasıdır. İran tərəfi həmçinin İsrail qoşunlarının oradan çıxarılmasını tələb edir, əks halda Tehran Hörmüz boğazını yenidən bağlayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.