
Gürcüstan parlamentinin yaz sessiyası başa çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sessiyanın son plenar iclası hökumətin illik fəaliyyət hesabatının təqdim edilməsinə həsr olunub. İclasda Baş nazir İrakli Kobaxidze hökumətin ötən dövrdə gördüyü işlər barədə deputatlar qarşısında hesabat verib.
Plenar iclasın sonunda parlamentdə gərginlik yaşanıb. "Gürcü Arzusu" hakim partiyasının deputatları ilə "Qaxaria Gürcüstan naminə" fraksiyasının üzvləri arasında mübahisə fiziki qarşıdurmaya çevrilib. Deputatlar arasında yumruq davası baş verib.
İnsident səbəbindən iclasın işi müvəqqəti olaraq dayandırılıb. Ara sakitləşəndən sonra parlamentin yaz sessiyası dövlət himninin səsləndirilməsi ilə rəsmən bağlı elan edilib.