DÇ-2026: Misir ilk dəfə pley-offa çıxdı, Belçika da növbəti mərhələdədir... - İRAN İSƏ HƏLƏLİK GÖZLƏYİR
VİDEO/FOTO

ABŞ-da keçirilən futbol üzrə dünya çempionatının G qrupunda III turun oyununda Belçika Yeni Zelandiya ilə üz-üzə gəlib.

 

Senzor.az bildirir ki, “BC Place” stadionunda keçirilən qarşılaşma avropalıların 5:1 hesablı üstünlüyü ilə başa çatıb.

 

Belçikanın heyətində Leandro Trossard dubla imza ataraq 28-ci və 50-ci dəqiqələrdə fərqlənib. Digər qolları Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar.

 

Yeni Zelandiyanın yeganə qolunu isə 84-cü dəqiqədə Cast Elaydca vurub.

 

G qrupunun III turunun digər oyununda Misir və İran qarşılaşıblar. 

 

Sietldə keçirilən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.



Oyunda hesabı 5-ci dəqiqədə Misir futbolçusu Mahmud Saber açıb. İran isə cəmi doqquz dəqiqə sonra Ramin Rezaeyanın qolu ilə tarazlığı bərpa edib.

 

Beləliklə, qrup lideri Belçikanın ardınca Misir də növbəti mərhələyə adlayıb. Bu nəticə Misir üçün xüsusilə əlamətdardır və  tarixi əhəmiyyət daşıyır. Belə ki, Afrika təmsilçisi xallarını 5-ə yüksəldərək dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb. Misirin növbəti mərhələdəki rəqibi Avstraliya millisi olacaq.

 

Üç oyunda 3 xal toplayan və qrup 3-cüsü olan İrana gəlincə, o və daha 7 komanda hələlik gözləyir. Yəni pley-offa vəsiqə qazanmaq üçün hələ şans var.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.