DÇ-2026: Paraqvay Almaniyanı, Mərakeş isə Niderlandı mundialdan kənarlaşdırdı – BİR GECƏDƏ İKİ SENSASİYA
VİDEO

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final oyunları çərçivəsində iki sensasiya qeydə alınıb.

 

Senzor.az bildirir ki, iyunun 30-u gecəsi əvvəlcə Paraqvay Almaniyanı məğlub edib.

 

Daha dəqiq desək, Boston stadionunda keçirilən matçın əsas və əlavə vaxtında qələbə qazanan tərəf olmayıb – 1:1.

 

Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) fərqlənib.

Əlavə hissələrdə də hesab dəyişməyib və qalib penaltilər seriyasında bəlli olub. Paraqvay penaltilərdə 4:3 hesabı ilə qalib gəlib.

 

Paraqvay millisi 1/8 finalda Fransa - İsveç cütlüyünün qalibi ilə qarşılaşacaq. Almaniya isə turnirdə mübarizəni dayandırıb.

 

İkinci sensasiya isə Monterrey stadionunda keçirilən Mərakeş-Niderland qarşılaşmasında qeydə alınıb.

 

Bu matçda da əsas və əlavə vaxtda qalib müəyyənləşməyib – 1:1. Niderlandın heyətində Kodi Qapko (72), Mərakeşdə isə İssa Diop (90+1) fərqlənib.



Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penaltilər seriyasında daha dəqiq (3:2) oynayan Afrika təmsilçisi 1/8 finala yüksəlib.

Mərakeş 1/8 finalda Kanada ilə qarşılaşacaq. Matç iyulun 4-də keçiriləcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.