Netanyahu: İsrailin İran, HƏMAS və "Hizbullah"la müharibəsi bitməyəcək

"İsrailin İran, eləcə də "Hizbullah" və HƏMAS qruplaşmaları ilə hərbi qarşıdurması hələ yekunlaşmayıb və yaxın zamanda bunun baş verəcəyi gözlənilmir".

 

"The Times of Israel" nəşri xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

 

"Kanal 14"-ün müxbirinin İran, HƏMAS və "Hizbullah"la gedən döyüşlərin başa çatıb-çatmaması ilə bağlı sualını cavablandıran Netanyahu, bu prosesin heç vaxt bitməyəcəyini vurğulayıb.

 

O qeyd edib ki, Yaxın Şərqdə və qlobal miqyasda ayaqda qalmaq üçün böyük gücə sahib olmaq mütləqdir. Hökumət rəhbəri əlavə edib ki, İsrail bütün təhlükələrin qarşısını alaraq və düşmənlərini ciddi şəkildə zəiflədərək hərbi əməliyyatları çox uğurla həyata keçirib. Netanyahunun fikrincə, hazırda dövlət hər zamankından daha güclüdür. Baş nazir bildirib ki, İsrail "İran oxunun qalıqları" ilə məsələni həll etməli və sülh müqavilələri imzalamaq üçün yaranmış imkanlardan istifadə etməlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.