Rusiya da Ukraynaya vurduğu zərərlər barədə məlumat yayıb.
Senzor.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov jurnalistlərə bildirib ki, xüsusi hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukraynada təxminən 2500 hərbi obyekti məhv edib.
“Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2 4 82 hərbi infrastruktur obyekti məhv edilib. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin 87 komanda məntəqəsi və rabitə mərkəzi, 12 4 S-300, "Buk M-1" və "Osa" zenit-raket kompleksləri, həmçinin 79 radar stansiyası var”, - general deyib.
O qeyd edib ki, “866 tank və digər zirehli döyüş maşını, 91 reaktiv yaylım atəşi sistemi, 317 səhra artilleriya qurğusu və minaatan, 634 ədəd xüsusi təyinatlı hərbi texnika, o cümlədən 81 pilotsuz uçuş aparatı” da sıradan çıxarılıb.
Bundan başqa, Konaşenkovun sözlərinə görə, bir gündə Rusiya Aerokosmik Qüvvələri Ukraynada 158 hərbi obyekti məhv edib.
“Son sutka ərzində Rusiya Aerokosmik Qüvvələrinin bombardmançı və hücumçu təyyarələri Ukrayna ərazisində 158 hərbi obyekti məhv edib. Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 və bir Su-27 təyyarəsini isə havada vurub. Həmçinin, 2 S-300 zenit-raket kompleksi diviziyası, 3 ədəd Buk M-1 özü yeriyən atəş sistemləri, 4 komanda məntəqəsi, 2 radiolokasiya stansiyası, 9 silah-sursat anbarı və hərbi texnikanın cəmləşdiyi 11 ərazi də vurulub , - Konaşenkov deyib.