
ANAMA-dan senzor.az-a verilən məlumata görə, martın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 39 mina və 36 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 129,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
