Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş qismində müğənni Vasif Məhərrəmli dindirilib.
Senzor.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə o bildirib ki, təqsirləndirilən şəxs pul vermədiyi üçün onu şantaj edib.
"Maqsud mənə xəbər göndərmişdi ki, niyə şəhid ailələrinə baş çəkmirsən. Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam və yaşlı qadın saxlayıram. Mən ona dedim ki, “almışam, öz işimdir. Digər tərəfdən isə mən el bir ev almamışam”. Mən ona dedim ki, “bu informasiya səndə haradandır?”. Dedi ki, bir xanım deyib məlumatı. Öyrənib xanımın adını mənə deyəcək. Səhəri gün Maqsud Mahmudov canlı efirdə heç nə demədi.
Bir müddət sonra o, Cavanşir Məmmədovla bağlı danışmağa başladı. Mən Maqsuda təklif etdim ki, belə şayiələr yaymasın. Bir müddət Maqsud sakit oturdu. Bir müddətdən sonra o, Manaf Ağayevlə bağlı danışmağa başladı. Maqsud ancaq şou-biznes əhlini söyməklə məşğul idi. O, Manaf Ağayev və Afət Fərmanqızıdan pul istədi. Onlar pul vermədi. Amma mən 1000 manat pul verdim. Bir nəfər cavan oğlan mənə zəng elədi ki, Maqsud müəllim göndərib, pulu ver. Mən də 1000 manatı verdim. Ondan sonra onu görməmişəm. Mənim min manatını versə, yaxşı olar", - deyə V.Məhərrəmli bildirib.
Maqsud Mahmudov isə bildirib ki, Vasif Məhərrəmlini yığıb və ondan üzr istəyib: "Vasif Məhərrəmli mənə dedi ki, onları niyə söyürsən? Mən də dedim ki, öz işimdir. Vasif dedi ki, onlar mənim qohumlarımdır. Bir gün mənim uşaqlarımın şəklini internetdə paylaşdı və bildirdilər ki, vətən xaini uşaqlarıdır. Mən Afəti söydüm efirdə. Vasif məni Afətlə calaşdırdı. Mən Afətdən soruşdum ki, mənim uşaqlarımın şəklini niyə yaymısan? O da dedi ki, bir saata silinəcək. Həqiqətən də bir saata silindi. Manaf Ağayevlə Vasifin İlham adlı dostu var idi. Onun mənə 30 min manat borcu var. Mən Manafla Vasifə dedim ki, o adam mənim pulumu qaytarsın. Vasif dedi ki, mən ona deyərəm. Mən dedim ki, pulumu 3 min-3 min qaytarsın. Vasif zəng elədi onunla danışdı və mənə bildirdi ki, o, pulu başqa adama verib. Vasif dedi ki, biz Manafla adama 500 manat verərik sənə. Mən dedim ki, mənə elə pul lazım deyil. Vasif dedi ki, mən sənə qardaş payı verirəm".
Vasif Məhərrəmli bildirib ki, Maqsud yalan danışır: "Maqsud mənə dedi ki, “Manafı axşam söküb-yığacam”. Mən də Manafa dedim ki, Maqsud belə deyir. Manaf da dedi ki, mən niyə ona pul verməliyəm?".
Hazırda məhkəmə davam edir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.