Ukrayna ordusu Rusiyanın daha 4 təyyarəsini vurdu
+ 2 HELİKOPTER
Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərbi əməliyyatlara başlamasının 15-ci günüdür.
 
Senzor.az Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən bildirir ki, ölkənin müdafiə qüvvələri Donetsk, Slobojansk və Tavriyanın fəaliyyətdə olan dairələrində Rusiya Silahlı Qüvvələrinin hücumuna müqavimət göstərməyə davam edirlər.
 
Bildirilib ki, Xarkov və Axtırka şəhərləri müdafiə olunur: “Əsas səylər rəqibin cənub-şərq istiqamətində hərəkətinin qarşısının alınmasına yönəlib. Mariupolun dairəvi müdafiəsi ilə yanaşı, Belarus ilə dövlət sərhədinin bağlanması, Siverşinedə Çerniqov şəhərinin müdafiəsi davam edir”.
 
Məlumata görə, Rusiya qoşunlarının paytaxt Kiyev şəhərinə tərəf hərəkətinin qarşısının alınması üzrə tədbirlər görülür. Şəhərin müdafiə qüvvələri rəqibin hücumlarını dəf etməyə hazır vəziyyətdədir.
 
Qeyd olunub ki, cənub istiqamətində Rusiya Silahlı Qüvvələri Krivoy Roq, Nikolayev, Voznesensk və Xerson vilayətinin Novoronsovka qəsəbəsində sıxışdırılır.
 
Başqa istiqamətlər qoşun dəstələri sabitlik və ərazinin müdafiəsi üzrə əməliyyatlar keçirir.
 
Nazirliyin informasiyasına əsasən, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının raket bomba zərbələrinin qarşısını alır, ölkənin vacib obyektlərini və qoşun bölmələrini hava hücumundan müdafiə edir. Son iki gündə Rusiyanın dörd “Su-25” qırıcısı və iki helikopteri məhv edilib: “Onların irəliləmək sürəti zəifləyib, Rusiya ordusunun şəxsi heyəti ruh düşkünlüyü yaşayır. Rusiya Silahlı Qüvvələrinin hissələri arasında özbaşınalıq və talan halları əhəmiyyətli dərəcədə artıb”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.