Tacikistan və Qırğızıstan sərhədində növbəti atışma olub.
Sərhəddəki Çorkuh kəndi sakinlərinin “Sputnik Tacikistan”a verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Həlak olan şəxsin İsfara sərhədçisi Sünnətullo Səmədov olduğu deyilir.
Kənd sakinlərinin sözlərinə görə, martın 10-da səhər saatlarında qırğız sərhədçiləri torpaqlarında ağac əkən bir neçə kənd sakinini atəşə tutub.
“Atışma saat 09:30 radələrində baş verib. Hazırda kəndin bütün sakinləri hadisə yerinə toplaşıb”, - deyə agentliyə məlumat verən mənbə bildirib.
Bu məlumatı İsfara şəhərinin administrasiyasından da təsdiqləyiblər.
Yerli hakimiyyətin sözçüsü bildirib ki, rəsmilər artıq hadisə yerinə gediblər.
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bu məlumatı təsdiq edərək, Tacikistan tərəfini sərhədi pozmaqda ittiham edib. Qurumdan qeyd edilib ki, insident nəticəsində 10 dəqiqə davam edən atışma olub. Qırğızıstan tərəfdən heç bir yaralı və ya xəsarət alan yoxdur.
Xatırladaq ki, Tacikistan və Qırğızıstan sərhədində bundan əvvəlki silahlı münaqişə yanvarın 27-də Xocai Alo kəndi yaxınlığında baş vermişdi.