Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, media üçün qapalı keçirilən görüş 35 dəqiqə davam edib.
Danışıqlar Türkiyənin kurort şəhəri Antalyada keçirilən II Diplomatik Forum çərçivəsində aparılıb.
Qəbulda Türkiyənin Vitse-prezidenti Fuat Oktay, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik iştirak ediblər.
Qeyd edək ki, Antalya Diplomatiya Forumu Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.