
Senzor.az bildirir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri komandanlığı məlumat yayıb.
Qeyd olunub ki, “Buk-M1” və “S-300” zenit-raket bölmələri bir gündə beş hava hədəfini vurublar: bir “Forpost” pilotsuz uçuş aparatı və dörd helikopteri. Bundan əlavə, Su-24m bombardmançıları, Su-25 hücum təyyarələri, Ordu aviasiyasının Mi-24 helikopterlərindən ibarət taktiki qrup Rusiya texnikasının kolonnalarına 10-dək reyd keçirib, bu zaman zirehli texnikalara güclü raket və bomba zərbələri endirilib.