
“Report” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, bu, onun bütövlükdə dünyaya baxışı deyil, çünki rusların da valideynləri var.
“Onları göndərdilər, əksəriyyəti hara gəldiklərini ümumiyyətlə bilmirlər”, - Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiya hərbçiləri hansısa faşizmdən danışırlar. “Onların beynini doldurublar ki, biz burada bir növ, sözlərimə görə məni bağışlayın - nasistik,” - Ukrayna lideri deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri talan edir, şəhərləri mühasirəyə alır - insanlara su gətirməyə imkan vermirlər. "Onların evə necə qayıdacaqlarını bilmirəm. Çünki onların baxışları artıq dəyişir", - Ukrayna Prezidenti əlavə edib.