Ukrayna və Rusiya nümayəndələri bu gün - martın 12-də müharibəyə son qoymaq üçün danışıqların növbəti - IV raundunu keçiriblər.
“RBK-Ukraina”nın yazdığına görə, Ukraynanın nümayəndə heyətində təmsil olunan Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, nümayəndə heyətləri xüsusi işçi altqrupların yaradılması barədə razılığa gəliblər.
"Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz davam edir. Xüsusi işçi altqruplar yaradılıb. Ukraynanın mövqeləri əvvəlki ən sərt direktivlərlə müəyyən edilib", - Podolyak vurğulayıb.
Ukrayna nümayəndə heyətinin təmsilçisi yaradılan işçi altqrupların hansı məsələlərlə məşğul olacağı barədə məlumat verməyib.
Xatırladaq ki, bu gün Rusiya tərəfi Ukrayna ilə danışıqların videokonfrans formatında aparıldığını elan edib. Lakin Kreml detalları açıqlamayıb.