Türkiyə husilərin Məkkəyə dron hücumunu pislədi - BƏYANAT

Türkiyə Səudiyyə Ərəbistanının müqəddəs şəhəri olan Məkkəyə hücumu qətiyyətlə pisləyir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda belə deyilir.

 

XİN bildirib ki, müqəddəs Məkkə şəhərinə husilərin pilotsuz təyyarə hücumu qətiyyətlə pislənməlidir: "Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəyimizi bir daha təsdiqləyir və Səudiyyə Ərəbistanı ilə həmrəy olduğumuzu bir daha bəyan edirik".

 

Ankara həmçinin bu cür hücumların bütün region üçün təhlükəsizlik təhdidi yaratdığını qeyd edərək, onların dərhal dayandırılmasına çağırıb. XİN-in açıqlamasında deyilir: "Regional sabitliyə və təhlükəsizliyə təhdid yaradan bu hücumlara dərhal son qoyulması və gərginliyin daha da artmasına yönəlmiş hər hansı bir hərəkətdən çəkinilməsi çağırışımızı bir daha təkrarlayırıq".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.