Paşinyan qondarma rejimlə bağlı mübahisələrə nöqtə qoydu: DÖVLƏT DAXİLİNDƏ DÖVLƏT OLMAYACAQ

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı vaxtilə Qarabağda yaradılmış qondarma rejimin taleyilə bağlı verilən sualı cavablandırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Paşinyan müxalifətçi deputat Areqa Ovsepyanın Qarabağdan olan ermənilərin "Dağlıq Qarabağ nümayəndəliyi"nin binasında məskunlaşmağa məcbur edilmələrinə dair qeydinə sərt reaksiya verib.

 

Paşinyan millət vəkilinin sözlərinə cavab olaraq deyib ki, bu kimi addımlar Qarabağ ermənilərinə qarşı bir pislikdir: “Sizcə, Ermənistanda evi olmayan insan yoxdur? Niyə nümayəndəlikdə qalmalıdırlar? Qoy sizin evinizə getsinlər. Əgər sizə gəlsələr, şikayət etməyin. Sizin İrəvanda mənziliniz var, amma digər Qarabağ sakinlərinin yoxdur. Niyə? Qarabağdan olan bəzi insanlar yaşayış binalarına, onlarla evə və otelə sahibdirlər, qoy onları qaçqınları yerləşdirsinlər".

 

Qondarma rejimin dövlət qurumlarından danışarkən Paşinyan deyib ki, Ermənistanda iki dövlət ola bilməz: "Qeyd etdiyiniz struktur mövcud ola bilməz. O, Ermənistan Respublikasının idarəçiliyi altına keçməlidir. Baş nazir kimi, dövlət daxilində ikinci bir dövlətin, hökumətin və ya parlamentin mövcudluğunun qarşısını almaq üçün ən sərt tədbirlərdən istifadə edəcəyəm".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.