Lənkəranda ağır qəza: ÖLƏNLƏR VƏ XƏSARƏT ALAN VAR
YENİLƏNİB

Sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla "Dong Feng" markalı yük avtomobili toqquşub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a verilən məlumata görə, qəza nəticəsində mikroavtobusda olan 2 sərnişin həyatını itirib, 1 nəfər xəsarət alıb.

 

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Məlumatda sürücülərdən yol və hava şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaları və ötmə manevrlərini yalnız tam təhlükəsiz şəraitdə həyata keçirmələri xahiş olunur.

 

**23:33(16.09.2026)

 

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, qəza Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, yolun 155-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, Astara istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən TIR markalı iritonnajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

 

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

 

Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Avtomobildə sıxılıb qalan şəxslərin çıxarılması istiqamətində xilasetmə işləri aparılıb. Hadisə nəticəsində həyatını itirən şəxslərin meyitləri nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.